Sahib Ələkbərov: "Azərbaycandakı avtomobil yolları möhtəşəmdir"
Far.Az xəbər saytı

Sahib Ələkbərov: "Azərbaycandakı avtomobil yolları möhtəşəmdir"


Azərbaycandakı avtomobil yolları möhtəşəmdir.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

O, sözügedən turnirin üçüncü mərhələsi haqqında fikirlərini bölüşüb:

"Üçüncü mərhələni də uğurla başa vurduq. Mən özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm. İştirakçılar yollarımızın çox gözəl, möhtəşəm olduğunu deyirlər. Qəbələdən Mingəçevirədək hər şey möhtəşəm idi. Bu tək mənim yox, əcnəbi qonaqların fikridir".

Qeyd edək ki, üçüncü mərhələdə Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa qızıl, belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") gümüş, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") bürünc medal qazanıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.

Oxşar xəbərlər

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər