Fərid Osmanov: "Azərbaycanda startapların maliyyəyə əlçatanlığında çətinliklər var"
Azərbaycanda startapların maliyyə vəsaitlərinə əlçatanlığı istiqamətdə kifayət qədər çətinliklər mövcuddur.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun ötənilki fəaliyyətinin nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, xüsusilə də erkən mərhələdə olan startapların maliyyə vəsaitlərinə əlçatanlığını artırılmasında təşviq mexanizmlər daha güclü olmalıdır: "Hesabat dövründə agentliyin birbaşa və dolayı vasitəsilə iştirak etdiyi üç vençur fond formalaşdırılıb. Həm fondlar, həmçinin beynəlxalq vençur fondlar vasitəsilə qeyd olunduğu qədər startaplara ilkin maliyyə vəsaiti ayrılıb. Lakin bu vəsaitin həcmi bizi qane etmir və bu istiqamətdə işlər aparırıq. Həm beynəlxalq vençur fondlarla əməkdaşlıq edirik ki, onların ölkəmizə gəlməsi istiqamətindəki fəaliyyətin dəstəklənməsi, eyni zamanda ölkəmizdə daha çox startapçıların formalaşması, yeni fikir və ideyaların, onların yaratdığı startapların cəlbediciliyinin artırılması istiqamətində işlər aparılır".
Onun sözlərinə görə, burada əsas problemi daha çox qanunvericiliklə bağlıdır: "Əsas məsələ məhz qanunvericiliyinin formalaşdırılmasıdır. Düşünürük ki, bu il ərzində, ilin qısa bir dövrü ərzində müvafiq sahədə qanunvericiliyin qəbul olması istiqamətində addımlarımızı uğurlu ata biləcəyik və bundan sonra bu rəqəmlər kifayət qədər sürətlə yüksələcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb













