Bazarlarda nübarlıq meyvələrin QİYMƏTLƏRİ
Ərik, nektarin, gilas, tut... Artıq yaz mövsümünə uyğun meyvələr bazar və mağaza piştaxtalarını bəzəməyə başlayıb. Meyvələrin yalnız görünüşü deyil, qiymətləri də bir-birindən fərqlənir.
Ölçüsü daha iri olan meyvələr daha yüksək qiymətə satılır, nisbətən kiçik və fərqli ölçüdə olan məhsullar isə daha ucuz təklif edilir.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bu il meyvələrin qiyməti əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Onlar bunu havaların qeyri-sabit keçməsi və məhsuldarlığın azalması ilə əlaqələndirirlər.
Alıcıların isə qiymətlərlə bağlı fikirləri müxtəlifdir. Bəziləri qiymətlərin yüksək olduğunu desə də, digərləri mövsümün əvvəlində bu halın normal olduğunu düşünür.
Satıcılar yaxın həftələrdə bazarda məhsul bolluğunun artacağını, bunun da qiymətlərə təsir edərək daha münasib səviyyəyə enməsinə səbəb olacağını bildirirlər.
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Gilas bağlarına subsidiya: Fermerlər bu təşviq mexanizmindən nə qədər yararlana bilir? - ARAŞDIRMA
Ucuz qiymətə bazarlıq etmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
-
Azərbaycan və Gürcüstan Birgə Kommünike imzalayıb













