Təcili yardım xidməti beşgünlük gücləndirilmiş iş rejiminə keçir
Far.Az xəbər saytı

Təcili yardım xidməti beşgünlük gücləndirilmiş iş rejiminə keçir


Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

BAKU.WS xəbər verir ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Qurban bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən, xüsusilə, Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Bakı şəhərində 140 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar 27-31 may tarixləri qeyri-iş günü olacaq.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər