Azərbaycanda innovasiya qanunvericiliyi daha da təkmilləşdiriləcək
Far.Az xəbər saytı

Azərbaycanda innovasiya qanunvericiliyi daha da təkmilləşdiriləcək


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin builki fəaliyyəti xüsusilə innovasiya istiqamətində qanunvericiliyin daha da təkmilləşdirilməsinə həsr olunacaq.

"Report" xəbər verir ki, bunu Agentliyin ötənilki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, vençur fəaliyyətinin genişləndirilməsi, investisiya fondları və maliyyə alətlərinin genişləndirilməsi istiqamətində xüsusilə qanunvericilik layihələri üzərində aidiyyəti qurumlarla iş yekunlaşmaq üzrədir: "Eyni zamanda texnopark fəaliyyətinin genişləndirilməsi istiqamətində fikirlərimiz var. Artıq bu istiqamətdə müvafiq layihələrimiz də hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Həmin fəaliyyət çərçivəsində texnoparkın fəaliyyət kateqoriyalarının genişləndirilməsi və digər güzəşt aspektlərinin nəzərə alınması istiqamətində iş aparılır. Ümumilikdə, düşünürük ki, rəqəmsallaşma və innovasiya quruculuğunda infrastruktur, bilik və bacarıqlar, insan kapitalı ilə yanaşı, məhz qanunvericilik komponentinin də təkmil olması xüsusi önəmə malikdir".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər