"Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin əsaslandırmasına dair ilk iclas keçirilib
Far.Az xəbər saytı

"Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin əsaslandırmasına dair ilk iclas keçirilib


Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, "CESI S.p.A" şirkəti, Asiya İnkişaf Bankı (EDB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.

"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini Orxan Zeynalov Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük bərpa olunan enerji potensialının araşdırılmasında üç ölkənin, beynəlxalq qurumların və məsləhətçi şirkətlərin ortaq səylərinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsi ölkələr arasındakı enerji bağlantılarını gücləndirməklə strateji əməkdaşlığı daha da dərinləşdirəcək.

Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov və Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadinov tədqiqatdan yüksək nəticələr gözlədiklərini qeyd edərək, "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin regional enerji inteqrasiyası və aşağı karbonlu keçid üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

İclasda məsləhətçi şirkət "CESI S.p.A", eləcə də tərəfdaşları Türkiyənin "EPRA" və Böyük Britaniyanın "JURU" şirkətləri tərəfindən birgə həyata keçiriləcək layihənin texniki-iqtisadi əsaslandırmasının başlanğıc mərhələsi üzrə planlaşdırılan tədbirlər və müvafiq missiyanın təşkili ilə bağlı müzakirələr aparılıb. Növbəti addımlar razılaşdırılıb.

Qeyd edək ki, layihənin icrası məqsədilə "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" əsasında "Yaşıl Dəhliz Alyansı" - Birgə Müəssisə yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın "CESI S.p.A" şirkəti beynəlxalq tenderdə qalib elan olunub. Texniki‑iqtisadi əsaslandırma prosesi Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyata keçiriləcəkdir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər