UN-Habitat rəsmisi: Dünyada gənclərin 70 %-dən çoxu yaşadıqları şəhərlərdə mənzilə sahib ola bilmirlər
Dünyada gənclərin 70 %-dən çoxu yaşadıqları şəhərlərdə mənzilə sahib ola bilmirlər.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ölkə üzrə rəhbəri Anna Soave Azərbaycan Gənclərinin XI Forumunda deyib.
Onun sözlərinə görə, yaşayış xərclərinin artması, gənclər arasında natamam məșğulluq və işsizlik, xüsusilə qiymətlərin maaşlardan daha sürətlə artdığı paytaxt şəhərlərində, müstəqil həyata gec keçidin, ailə qurmanın təxirə salınmasının və miqrasiyanın əsas səbəblərindən birinə çevrilib:
"Gənclər valideyn evini əvvəlkindən daha gec çox vaxt 30 yaşlarını keçdikdən sonra tərk edirlər. Bu, seçim deyil, əlçatanlığın olmamasının nəticəsidir".
A.Soave Azərbaycanda keçiriləcək WUF13-də gənclərin roluna da toxunub:
"Dünya Şəhər Forumunda gənclərin iştirakı simvolik xarakter daşımır. Bu məsələ birbaşa gənclərə toxunur. Mənzil əlçatanlığı, mobillik, ətraf mühitin çirklənməsi, iqlim riskləri, artan temperatur və keyfiyyətli, əlçatan ictimai məkanların mövcudluğu gənclərin həm
qlobal miqyasda, həm də Azərbaycanda qarşılaşdığı əsas çağırışlardandır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













