DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"
Far.Az xəbər saytı

DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"


Azərbaycanda yaxın vaxtlarda rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasının açılışında bildirib.

Onun sözlərinə görə, DTX rəqəmsal sübutların tanınması ilə bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təşəbbüs irəli sürüb: "Sənəd Milli Məclisə baxılması üçün təqdim olunub. İnanırıq ki, mətbuatdan da izlədiyiniz kimi bütün cinayətlərin texniki izlərinin həm aparat təminatlarında, avadanlıqlarda, eyni zamanda proqramlarda, şəbəkələrdə, bulud texnologiyalarında izlənməsi və onların hüquqi statusu artıq təmin olunacaq".

D. Rüstəmov qeyd edib ki, son dövrlər texnologiya çox dinamik sürət götürüb: "Süni intellektin də rəqəmsal mühitə töhfələri həddindən artıq yüksəkdir. Hər gün biz kontentlərin həm təhrifini, həm də avtomatlaşdırılmasındakı sürətləri, yəni bir neçə, bəlkə də illərə başa gələcək hesablama nəticələrini bir saniyədə, bir dəqiqələrdə əldə edə biləcəyimizi görürük".

DTX rəsmisi yeni yaradılan laboratoriyada yaxın vaxtlarda Azərbaycanda istehsal olunan proqram təminatlarının, eləcə də aparat təminatlarının testlərinin keçiriləcəyinə, zəiflik və boşluqların aşkar ediləcətinə ümidini ifadə edib: "Burada o qədər sürətli tədqiqatlar aparmalıyıq ki, bizim rəqəmsal inkişaf tendensiyasını izləmək mümkün olsun".

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər