Vəfa Şərifova Yıldız Tilbenin onu məhkəməyə verməsindən danışdı: "Üzr istəməyəcəm"
Müğənni Vəfa Şərifova türkiyəli həmkarı Yıldız Tilbenin onu məhkəməyə verməsindən danışıb.
BAKU.WS xəbər verir ki, Vəfanın sözlərinə görə, Tilbenin vəkilinin sosial şəbəkədə etdiyi paylaşım şər-böhtandır.
Bu səbəbdən də o da Yıldız Tilbeni məhkəməyə verə bilər. Lakin sənətçi ona olan sevgisindən bunu etməyəcək.
Vəfa qeyd edib ki, Tilbedən üzr istəməyəcək. Çünki buna bir əsas yoxdur. Sənətçi bildirib ki, o efirdə duet layihəsinin hələ müzakirə olunduğunu deyib. Lakin bunu Yıldız Tilbeyə başqa cür çatdırıblar.
Vəfanın Yıldız Tilbeyə 100 000 dollar ödədiyini, lakin bunu Tilbenin qəbul etməyərək Vəfanı çətin vəziyyətdə qoyduğunu iddia ediblər.
Qeyd edək ki, müğənni Vəfa Şərifova bir müddət əvvəl həmkarı Yıldız Tilbe ilə duet oxuyacağını açıqlayıb. Sənətçi bunun üçün 100 min dollar (170 min manat) ödəyəcəyini, buna görə avtomobilini satışa çıxardığını deyib. Yıldız Tilbenin vəkili Handan Bakbak məsələ ilə bağlı açıqlama yayıb.
O bildirib ki, Tilbe sosial şəbəkədə Vəfa Şərifovanın onun haqqında dediklərini eşidib və bunlar yalandır:
"Vəfa Şərifova, Yıldız Tilbe ilə duet oxumaq üçün 100 000 dolları ödədiyini, müğənninin pulu almasına baxmayaraq duetdən imtina etdiyini və onu çətin vəziyyətdə qoyduğunu həm yazılı, həm də vizual formada iddia edib. Bildiririk ki, Yıldız Tilbenin adıçəkilən şəxs ilə heç bir əlaqəsi, yazışması, paylaşımı, işbirliyi və ya görüşü olmayıb. Bu böhtandır və cinayət tərkibi yaradan hallardır. Bununla bağlı zəruri hüquqi tədbirlər görüləcəkdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













