İqor Ponomaryov: "Çempionatın sonuna kimi "Sabah"la "Qarabağ" arasında maraqlı mübarizənin şahidi olacağıq"
Far.Az xəbər saytı

İqor Ponomaryov: "Çempionatın sonuna kimi "Sabah"la "Qarabağ" arasında maraqlı mübarizənin şahidi olacağıq"


Misli Premyer Liqasında cari mövsümün sonuna qədər "Sabah"la "Qarabağ" arasında maraqlı mübarizənin şahidi olacağıq.

Bunu "Report"a açıqlamasında Bakı klubunun idman direktoru İqor Ponomaryov deyib.

Mütəxəssis çempionatdakı vəziyyəti dəyərləndirib:

"Komandalar arasında belə rəqabəti görmək çox xoşdur. Bu cür mübarizə olanda azarkeşlərdə də milli çempionata əlavə maraq yaranır. Mövsümün sonuna hələ çox vaxt var, ona görə indidən dəqiq nəsə demək mümkün deyil. Sadəcə, onu deyə bilərəm ki, məncə, çempionatın sonuna kimi avrokuboklar uğrunda maraqlı mübarizənin şahidi olacağıq. Çempionatda bu cür rəqabətin olmasına ancaq sevinmək olar".

Qeyd edək ki, "Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan son çempion "Qarabağ"ın 39 xalı var.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər