Naxçıvan Dövlət Universitetində Xalq artisti, dirijor Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, "Şöhrət" ordenli dirijor Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətində əvəzsiz yeri olduğunu vurğulayıb.
Qeyd edib ki, Ağaverdi Paşayevin yaradıcılığı milli musiqi irsinin çağdaş dövrdə yaşadılmasına, təhsil və mədəniyyət arasında möhkəm körpünün qurulmasına mühüm töhfə verib.
Xalq artistinin fəaliyyəti yalnız sənət uğurları ilə məhdudlaşmır, eyni zamanda gənc nəslin estetik zövqünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı kadrların yetişdirilməsinə xidmət edir. Elbrus İsayev Ağaverdi Paşayevin nümunəvi həyat yolunun və zəngin təcrübəsinin gənclər üçün əsl örnək olduğunu diqqətə çatdırıb.
Rektor yubilyara Naxçıvan Dövlət Universitetinin Fəxri Fərmanını və universitet kollektivi adından müxtəlif hədiyyələr təqdim edib.
Sənətşünaslıq elmləri doktoru, dosent, Əməkdar müəllim İnara Məhərrəmova Xalq artistinin həyat və yaradıcılığına həsr etdiyi məruzəsində onun "Şöhrət" ordeni ilə yanaşı, "Qızıl Cəng" Beynəlxalq mükafatı və "Humay" mükafatı laureatı olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkar 50 ildən artıqdır, musiqi sənətinə xidmət edir.
Prezidentin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, NDU-nun İncəsənət fakültəsinin "Xalq Çalğı Alətləri" kafedrasının müəllimi Əkrəm Məmmədli səmimi çıxışında yubilyarla bağlı xoş xatirələrini bölüşüb. Bildirib ki, Ağaverdi Paşayev dirijor və sənətkar kimi çoxsaylı uğurlara imza atıb, sənətdə öz sözünü deyib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Musiqi Kollecinin Xalq Çalğı Alətləri orkestri dirijor Niyaz İsmayılovun rəhbərliyi ilə Xəlil Cəfərovun "Rəqs süitası"nın I, II, III və IV hissələrini ifa edib.
Sonda yubilyar diqqət və qayğıya görə rektora və universitet kollektivinə dərin təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?













