Böyükşor gölünə kanalizasiya axıdılır? - RƏSMİ
Böyükşor gölündən 02.02.2026-cı il tarixində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi laboratoriya tərəfindən götürülmüş su nümunələrinin analiz nəticələrinə görə göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiq edilmir. Belə ki, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir.
BAKU.WS xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin məluma yayıb.
Göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir.
Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri aktiv formada olmasına səbəb olur.
Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilə təmasının artması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olan fiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni ani çirklənmə hadisəsi deyil.
Məlumat üçün bildiririk ki, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan xətti üzrə inşasına başlanılmış 10.4 km-lik kollektorun,həmçinin Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 km-lik gətirici kollektorun və məhsuldarlığı40 000 m3/gün olan qurğunun tikintisi və AzərbaycanRespublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqedilmiş Bakı şəhərində və Abşeron yarımadasında sutəchizatı, yağış və tullantı suları sistemlərinintəkmilləşdirilməsinə dair 2026-2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinəyetirilməsi təmin ediləcəkdir ki, nəticədə ətraf ərazilərdə formalaşan tullantı sularının idarə ediləcək və Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşacaqdır.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi













