İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.
"Far.Az"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb.
Qeyd edək ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı laureatlara təqdim edib.
Tədbirdə birgə foto çəkdirilib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir.
"Far.Az"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.
Sonra "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.
Mərasimdə Prezident İlham Əliyev çıxış edib.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.
Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın digər laureatı Zarqa Yaftalı çıxış edib.
Mərasimdə, həmçinin "Taavon" Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış edib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
Yaponiya milli kosmik mövqe təyinetmə sisteminin altıncı peykini orbitə uğurla çıxarıb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Kolumbiyada zəlzələdən sonra futbol çempionatı dayandırılıb
-
Liviyada neft emalı zavoduna daha bir zərbə endirilib - YENİLƏNİB













