Qazaxıstan və Pakistan 200 milyon dollarlıq müqavilələr imzalayıb
Far.Az xəbər saytı

Qazaxıstan və Pakistan 200 milyon dollarlıq müqavilələr imzalayıb


Qazaxıstan və Pakistan bu gün İslamabadda keçirilən biznes forum çərçivəsində ümumi dəyəri təxminən 200 milyon ABŞ dolları olan 32 kommersiya sazişi və müqaviləsi imzalayıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyinin məlumatında deyilir.

"Sazişlər sənaye, energetika, logistika, maliyyə, rəqəmsal xidmətlər və aqrar sənaye kompleksi kimi sahələri əhatə edir", - qurum qeyd edib.

Ən böyük saziş "Falcon EuroBus" MMC ilə Pakistanın "QCC International" şirkəti arasında imzalanmış Pakistana elektrikli avtobusların tədarükünə dair müqavilə (108 milyon dollar dəyərində) olub.

Nazirliyin məlumatına görə, razılaşmaların mühüm hissəsi birgə investisiya, maliyyə infrastrukturunun, nəqliyyat-logistika marşrutlarının, rəqəmsal və İT layihələrinin inkişafına, eləcə də sənaye, təhsil, tibb və kosmik sənaye sahələrində əməkdaşlığa aiddir.

"İmzalanmış sənədlər Qazaxıstanla Pakistan arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlib", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər