Gəncə Dövlət Milli Dram Teatrında "İsi və Piti" animasiya serialının premyerası olub
Gəncə Dövlət Milli Dram Teatrında "İsi və Piti" animasiya serialının premyerası keçirilib.
Far.Az xəbər verir ki, Leyla Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər. Premyera Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə "ANİMAFİLM Gəncədə" festivalı çərçivəsində keçirilib.
Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı - "İsi və Piti" serialının iki bölümünün premyerası ilə yanaşı, "Bum-bum" və "Yer və Ay" qısametrajlı animasiya filmləri təqdim olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada təhsil alan uşaqlar animasiya filmlərini böyük maraq və yüksək əhvali-ruhiyyə ilə izləyiblər.
Festivalda, həmçinin uşaqlara insan və təbiət vəhdətini, ekoloji problemlərin planetimizə təsirini izah edən, hamını Vətəni, ana təbiəti və Yer kürəsini qorumağa səsləyən Azərbaycan və Özbəkistan animasiya mütəxəssislərinin birgə istehsalı olan "Yer və Ay" qısametrajlı animasiya filmi nümayiş olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













