Sudanda köçkünləri daşıyan avtomobilə PUA hücumu nəticəsində 24 nəfər ölüb
Far.Az xəbər saytı

Sudanda köçkünləri daşıyan avtomobilə PUA hücumu nəticəsində 24 nəfər ölüb


Sudanda köçkün ailələrini daşıyan avtomobilə pilotsuz təyyarənin zərbəsi nəticəsində azı 24 nəfər həlak olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, hücum Şimali Kordofan əyalətindəki Ər-Rəhad şəhəri yaxınlığında Çevik Reaksiya Qüvvələri (ÇRQ) tərəfindən həyata keçirilib.

Bəzi ölkələr hücumla bağlı Sudan hökumətinə başsağlığı verib.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla ÇRQ-nin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb.

Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Hava zərbəsi nəticəsində BMT-nin Sudandakı obyektində azı 6 nəfər həlak olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Sudanın Baş naziri hökumətin Xartuma qayıdacağını elan edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər