Rusiyalı generala qarşı sui-qəsdin DETALLARI
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini, general-leytenant Vladimir Alekseyevə sui-qəsddə iştirak edən şəxslərdən biri - Viktor Vasin Rusiyada qadağan olunmuş Korrupsiyaya Qarşı Mübarizə Fondunun tərəfdarıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qurumun bildirdiyinə görə, Polşa xüsusi xidmət orqanlarının dəstəyi ilə sui-qəsdin icraçısının cəlb olunmasında onun Polşa vətəndaşı olan oğlu iştirak edib. İcraçı Kiyevdəki poliqonda atıcılıq hazırlığı keçib.
Xüsusi xidmət orqanlarının məlumatına görə, 2025-ci ilin avqustunda Ternopolda icraçı Ukrayna kəşfiyyatı tərəfindən ələ alınıb. Bundan sonra o, Kiyev-Kişinyov-Tbilisi-Moskva marşrutu ilə Rusiya ərazisinə keçirilib.
Həmçinin müəyyən edilib ki, sui-qəsdin köməkçisi cinayətin sonradan törədildiyi binada mənzil kirayələyib və icraçıya binaya giriş üçün elektron açar təqdim edib.
FTX-nin məlumatına görə, sui-qəsd günü icraçı generalın liftin qarşısında görünməsini gözləyib və dörd dəfə atəş açıb. Bundan əlavə, qurum bildirir ki, təqsirləndirilən Lyubomir Korba Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçilərini müşahidə edib və bunun müqabilində kriptovalyuta ilə aylıq ödəniş alıb.
Fevralın 8-də FTX əməkdaşları BƏƏ hakimiyyətinin köməyi ilə Korbanı Rusiyaya ekstradisiya ediblər. Eyni zamanda Moskvada Vasin saxlanılıb, onların qadın şəriki isə Ukraynada gizlənib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













