Honq Konqda media maqnatı Cimmi Lay 20 il həbsə məhkum edildi
Honq Konqda məhkəmə media maqnatı və demokratiya tərəfdarı aktivist Cimmi Layı milli təhlükəsizlik ittihamları ilə 20 il həbs cəzasına məhkum edib. Bu qərar mübahisəli qanun çərçivəsində verilən ən ağır cəzalardan biri sayılır.
Far.Az xəbər verir ki, 78 yaşlı Lay "xarici qüvvələrlə əməkdaşlıq" və "qiyama təhrik" ittihamlarını rədd edib. Onun ailəsi hökmü həddindən artıq sərt adlandırıb, insan haqları və mətbuat azadlığı təşkilatları isə qərarı pisləyib.
Pekin hakimiyyəti isə Milli Təhlükəsizlik Qanununun Honq Konqda sabitlik üçün zəruri olduğunu bildirib. İngiltərə pasportu da olan Lay Pekinin ən sərt tənqidçilərindən biri kimi tanınırdı.
Onun təsisçisi olduğu demokratiya yönümlü "Apple Daily" qəzeti etirazlar zamanı müxalifətin əsas media orqanlarından biri hesab olunurdu. İş üzrə qəzetin altı keçmiş rəhbərinə də 6 il 9 aydan 10 ilədək həbs cəzaları verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













