"İvanovka Aqropark"a qeydiyyat şəhadətnaməsi təqdim edilib
Far.Az xəbər saytı

"İvanovka Aqropark"a qeydiyyat şəhadətnaməsi təqdim edilib


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi yeni yaradılmış, İsmayıllı rayonunun İvanovka kəndində yerləşən "İvanovka Aqropark" ASC-yə qeydiyyat şəhadətnaməsi təqdim edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Təqdimetmə mərasimində çıxış edən Mərkəzin direktoru Rəşad Hüseynov qeyd edib ki, bu özəl aqropark innovativ texnologiyalar əsasında əkinçilik və bağçılıq üzrə ixtisaslaşacaq.

Aqroparkın direktoru Ramin Əlifov isə deyib ki, təsərrüfat kompleksinin ümumi ərazisi 7600 hektar, layihə dəyəri 25,1 milyon manatdır. Aqroparkda 4 tarla sxemi ilə il ərzində 500 ha ərzaqlıq buğda, 250 ha dən üçün qarğıdalı, 250 ha günəbaxan, 250 ha isə təkrar əkin olaraq silosluq qarğıdalının becərilməsi planlaşdırılır. Eyni zamanda, 1750 ha dəmyə sahədə arpa, 1500 ha sahədə buğda və 100 ha sahədə yonca bitkisinin becərilməsi, 100 ha sahədə damlama suvarma sistemi altında süfrə və texniki üzüm sortlarının becərilməsi nəzərdə tutulur.

Hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günə qədər ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər