Azərbaycanda 10 bələdiyyə Aİ-nin Merlər Razılaşması təşəbbüsünə qoşulub
Azərbaycanda 10 bələdiyyə Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsünə qoşulub.
"Far.Az" xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.
Onun sözlərinə görə, enerji səmərəliliyi sahəsində Azərbaycanda görülən işlər çoxşaxəlidir: "Bu gün xüsusilə vurğulamaq istədiyimiz məsələ yerli özünüidarəetmə orqanlarının roludur. Bu baxımdan Merlər Razılaşması təşəbbüsü bələdiyyələr üçün mühüm platformadır. Bu təşəbbüs yerli səviyyədə enerji səmərəliliyi tədbirlərinin sistemli şəkildə planlaşdırılmasına, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, istixana effekti yaradan qaz emissiyalarının azaldılmasına, iqlim dayanıqlılığının artırılmasına real mexanizmlər təqdim edir".
C. Mikayılov qeyd edib ki, Azərbaycanda bu təşəbbüsə qoşulan bələdiyyələrin bir çoxunun Fəaliyyət Planları mövcuddur və icra edilməkdədir: "Bu gün burada həmin təcrübələr haqqında daha ətraflı məlumat əldə edəcəyik. Tədbirimizin əsas məqsədi də məhz bu uğurlu nümunələri digər bələdiyyələrimizlə bölüşmək və qərarvermə üçün məlumatlı zəmin yaratmaqdır".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Cahid Mikayılov: "Enerji səmərəliliyi iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında vacibdir"
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













