Şimali Koreya sərhədi pozulub: Cənubi Koreya kəşfiyyatında əməliyyat keçirildi
Far.Az xəbər saytı

Şimali Koreya sərhədi pozulub: Cənubi Koreya kəşfiyyatında əməliyyat keçirildi


Şimali Koreyaya göndərildiyi iddia olunan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı araşdırma genişlənib. Cənubi Koreyada Müdafiə Kəşfiyyat Komandanlığı və Milli Kəşfiyyat Xidməti də daxil olmaqla 18 ünvanda reyd keçirilib, üç hərbçi və bir kəşfiyyat əməkdaşı istintaqa cəlb olunub.

Far.Az xəbər verir ki, Pxenyan yanvar ayında Kaeson yaxınlığında müşahidə PUA-sını vurduğunu açıqlayaraq, Seulu mühüm hədəflər barədə məlumat toplamaqda ittiham etmişdi. Seul əvvəlcə rəsmi əlaqəni təkzib etsə də, yaradılan birgə istintaq qrupu faktların hərtərəfli araşdırıldığını bildirib.

İş çərçivəsində sabiq prezident Yun Suk Yolun da təqsirləndirilən şəxs olduğu qeyd edilir. Prokurorluq onun Şimali Koreyaya qanunsuz PUA göndərilməsi və gərginliyin artırılması ilə bağlı göstəriş verdiyini iddia edir. Yun 2025-ci ilin aprelində vəzifəsindən uzaqlaşdırılıb, hökmün yaxın günlərdə açıqlanacağı gözlənilir.

Oxşar xəbərlər

Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Sabunçu bazarında REYD - "Allahın cücüsüdür"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər