Azərbaycanda texnoparkların rezidentlərinin illik gəliri açıqlanıb
Azərbaycandakı texnoparkların rezidentlərinin illik gəliri təxminən 1 milyard manat civarındadır.
"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"İnnovasiya ekosisteminə fokuslanandan sonra bizim əsas məqsədimiz bütün bu həllərin bu sahədə yaranan əlavə dəyərin maksimum səviyyəyə çatdırılmasıdır. Bu sahədə artıq 2022-ci ildə Sizin və Mehriban xanımın birbaşa müdaxiləniz və nəzarətinizlə 2022-ci ildə IT sahəsində çalışan şirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericilik norması qəbul edilib və bunun nəticəsi olaraq texnopark rezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatıb.
Onlardan 10-u xarici şirkətdir və bu sahədə onlar tərəfindən yaradılan gəlir təxminən bir milyard manat çərçivəsindədir və biz hesab edirik ki, bu, bizim ölkəmizin potensialını əks etdirmir. Bizim üçün əsas göstərici bu sahədəki ixrac rəqəmimizdir. Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100 milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planında əksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonu bir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb













