SOCAR-ın 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb
2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 66 min metr qazma işləri həyata keçirilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard kubmetr qaz hasil olunub.
Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 % artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2,1 % artaraq, 51,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr, istehlakı isə 13,2 milyard kubmetr təşkil edib. Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1% azalıb.
Ötən il SOCAR tərəfindən 6,2 milyon tondan çox neft, 3 milyard kubmetrdən çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cü illə müqayisədə 7,2% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq













