Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "Far.Az"a verilən məlumata görə, görüşdə Azərbaycanın iqtisadi göstəriciləri, biznes və investisiya potensialı, ölkənin təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat marşrutları haqqında məlumat verilib.
Bildirilib ki, strateji coğrafi mövqeyini real imkanlara çevirən Azərbaycan iqtisadi zonalar, vergi güzəştləri və müasirləşdirilmiş gömrük sistemi ilə biznes üçün əlverişli mühit təqdim edir. Prioritet investisiya istiqamətlərinə bərpa olunan enerji, rəqəmsallaşma, innovasiyalar və yaşıl texnologiyalar, nəqliyyat-tranzit, logistika, yüksək əlavə dəyər yaradan istehsal sahələri daxildir.
Qeyd olunub ki, Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın şaxələndirilmiş neft və qaz kəmərləri sistemi vasitəsilə Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən strateji rolu regional bağlantıların gücləndirilməsi üçün geniş imkanlar açır.
Məlumat verilib ki, Azərbaycan müasir nəqliyyat infrastrukturuna qoyulan iri həcmli investisiyalar sayəsində Avrasiya məkanında mühüm nəqliyyat-logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu, müasir logistika və hava yük terminalları, doqquz beynəlxalq hava limanı və yenilənmiş avtomobil yolları şəbəkəsi ölkənin regional və qlobal təchizat zəncirlərində rolunu daha da gücləndirir.
Görüş zamanı Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti haqqında məlumat verilib. Bu ölkələrlə tərəfdaşlığın möhkəmləndirilməsi nəzərdən keçirilib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













