Aeroport şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Far.Az xəbər saytı

Aeroport şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb


Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Far.Az"a bildirilib.

Bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Aeroport yolunda məhdudiyyət tətbiq olunacaq - Bu tarixlərdə...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər