Sevgi həyatında ən xoşbəxt nəsil açıqlanıb - ARAŞDIRMA
Far.Az xəbər saytı

Sevgi həyatında ən xoşbəxt nəsil açıqlanıb - ARAŞDIRMA


Beynəlxalq tədqiqat şirkəti "Ipos" tərəfindən aparılan yeni araşdırmaya görə, 30-40 yaş arası cütlüklər sevgi və şəxsi həyatlarından ən çox razı qalan nəsil hesab olunur.

Far.Az xəbər verir ki, tədqiqatın nəticələrini "RİA Novosti" təhlil edib.

Onlayn sorğu 24 dekabr 2025-ci ildən 6 yanvar 2026-cı ilədək keçirilib. Araşdırmada 29 ölkədən təxminən 24 min nəfər iştirak edib. Statistik xəta payının isə təxminən 3,5 faiz bəndi olduğu bildirilib.

Sorğunun nəticələrinə əsasən, milenialların 65 faizi sevgi və cinsi həyatlarından məmnun olduqlarını qeyd edib. Bu göstərici bütün yaş qrupları arasında ən yüksək nəticə sayılır.

Müqayisə üçün bildirək ki, X nəslinin nümayəndələri arasında bu göstərici təxminən 59-60 faiz, Z nəslində 57 faiz, "baby boomer" nəslində isə 55 faiz təşkil edir.

Araşdırma həmçinin insanların "sevilmək" hissini necə dəyərləndirdiyini də üzə çıxarıb. Bu göstərici nəsillər arasında demək olar ki, bərabər paylanıb. Belə ki, "baby boomer" nəslinin 79 faizi özünü sevilən hiss etdiyini bildirib. Mileniallarda bu rəqəm 77 faiz, Z nəslində 76 faiz, X nəslində isə 75 faiz olub.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər