Naxçıvan Dövlət Universiteti ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Report" xəbər verir ki, sənədi NDU-nun rektoru Elbrus İsayev və Marmara Universitetinin rektoru Mehmet Emin Okur imzalayıblar.
Müqavilənin əsas məqsədi hər iki ali təhsil müəssisəsinin təhsil və elmi-tədqiqat fəaliyyətləri üzrə qarşılıqlı marağın artırılması, birgə elmi layihə və təşəbbüslərin hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsi, həmçinin müəllim, tələbə və inzibati heyət mübadiləsinin həyata keçirilməsidir.
Sənədə əsasən, Marmara Universitetinin Türkiyat Araşdırmaları İnstitutu da daxil olmaqla müxtəlif tədqiqat mərkəzləri ilə birgə konfransların təşkili, ortaq elmi araşdırmaların aparılması nəzərdə tutulur. Eyni zamanda, NDU ilə əməkdaşlıq çərçivəsində daha çox sosial elmlər sahəsində tədris və elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 1883-cü ildə əsası qoyulan Marmara Universiteti Türkiyənin ən köklü və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitet xüsusilə tibb, mühəndislik, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və pedaqoji ixtisaslar üzrə güclü akademik bazaya malikdir. Geniş elmi-tədqiqat infrastrukturu, beynəlxalq əməkdaşlıq şəbəkəsi və çoxşaxəli tədris imkanları ilə Marmara Universiteti regionun aparıcı ali təhsil ocaqlarından hesab olunur.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri tibb, mühəndislik və iqtisadiyyat sahələrində xarici professorların Naxçıvan Dövlət Universitetinə dəvət olunmasıdır. Eyni zamanda, NDU-nun Tibb fakültəsinin tələbələri Marmara Universitetində staj keçmək imkanı əldə edəcəklər. Marmara Universitetinin professorları isə NDU-nun magistrant və doktorantlarına elmi rəhbərlik edəcəklər.
Bu əməkdaşlıq hər iki ali təhsil müəssisəsinin elmi-tədqiqat potensialının gücləndirilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və beynəlxalq akademik inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfə verəcək.
Oxşar xəbərlər
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













