Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib
Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.
"Far.Az" xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə 2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə məlumat verib. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Komissiya sədri bildirib ki, keçən il ərzində korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilib, korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müvafiq normalar qanunvericiliyə əlavə olunub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə cəlb ediliblər.
Bununla yanaşı, 2025-cü il ərzində korrupsiya ilə mübarizə sahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrə nəticəəsaslı monitorinq mexanizminin əsasları müəyyənləşdirilib.
Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası" hazırlanıb. Bu mexanizm korrupsiya ilə mübarizə tədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şərait yaradacaq.
İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-ci dəyərləndirmə raundu çərçivəsində Azərbaycan üzrə verdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmiş hesabatların nəticələri də müzakirə olunub. Bu istiqamətdə görülmüş işlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlı tədbirlərin davam etdirilməsi qərara alınıb.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədə vəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədə məruzələr dinlənilib. Eləcə də, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.
Həmçinin Komissiyanın Katibliyi tərəfindən hazırlanmış korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi məqsədəmüvafiq hesab olunub, növbəti dövr üçün iş planı təsdiqlənib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
Petr Binhak: "Çexiya Azərbaycanın yaşıl enerji dəhlizlərində maraqlıdır"
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib













