"X" sosial media platformasında giriş problemi yaşanır
"X"də problemlər səhər saatlarından başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Bildirilib ki, "X" sosial media platforması nəşrin problemlə bağlı sorğusuna cavab verməyib. "İstifadəçi şikayətlərinə naxmayaraq, platformada "bütün sistemlər işləkdir" yazılıb" , - məqalədə bildirilib.
Xatırladaq ki, oxşar nasazlıq yanvar ayında da yaşanıb və platformanın saibi İlon Mask bunu IP ünvanları Ukraynada olan istifadəçilərin kiberhücuma məruz qalması ilə əsaslandırıb.
Hazırda "X"in Azərbaycandakı istifadəçiləri problemin nisbətən aradan qalxdığını bildirib. Türkiyədə də platformaya giriş və paylaşımlar asanlaşıb, lakin dünyanın bəzi ərazilərində nasazlıq qalmaqdadır.
"Downdetector"un məlumatına görə, əsas giriş problemləri ABŞ-nin xəritədə qırmızı ilə qeyd olunan şəhərlərində qeydə alınıb:
***18:21
"X" sosial şəbəkəsinə daxil olmaqda problemlər yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mobil telefon vasitəsilə giriş mümkün olsa da, tətbiqin işi ləngiyir, media platformasında donmalar baş verir.
Xidmət kəsilmələrinin monitorinqini aparan "Downdetector" saytının məlumatlarına görə, Bakı vaxtı ilə saat 17:00-dan etibarən "X"ə giriş problemi yaranıb. Kompüter vasitəsilə "X"ə daxil olmaq mümkünsüz həddə çatıb.
Problem Azərbaycanda da yaşanır.
Oxşar xəbərlər
Azərbaycanda "X"ə giriş qismən bərpa olunub – YENİLƏNİB
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













