George Çixradze: "Sabah" və "Qəbələ" Premyer Liqada fərqli məqsədlər uğrunda mübarizə aparır"
"Sabah" və "Qəbələ" klubları Misli Premyer Liqasında fərqli məqsədlər uğrunda mübarizə aparırlar.
"Report" xəbər verir ki, bunu "Qəbələ"nin məşqçisi George Çixradze Azərbaycan çempionatının XX turunda "Sabah"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları matç barədə danışıb:
"İlk növbədə onu demək istərdim ki, "Sabah"la biz fərqli məqsədlər uğrunda mübarizə aparırıq. Onlar çempionluğu hədəfləyibsə, bizim məqsədimiz liqada qalmaqdır. Oyun da 2 fərqli hissədə keçdi. İlk yarıda bir qədər passiv oynadıq. Lakin əsas odur ki, qol buraxmadıq. Bir neçə təhlükəli epizodlarımız da oldu. İkinci hissədə isə daha yaxşı oynadıq. Lakin hissənin əvvəlində adi vəziyyətdə qol buraxdıq. Qoldan sonra daha aktiv və aqressiv çıxış etməyə başladıq. Sona qədər mübarizə apardıq. Matçın axırlarında mübahisəli epizoddan qol da vurduq. Lakin son nəticə məğlubiyyət oldu".
Qeyd edək ki, "Qəbələ" - "Sabah" oyunu Bakı kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
Şimali Kiprdə sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB-3













