Qətərin Baş naziri sabah İrana səfər edəcək
Far.Az xəbər saytı

Qətərin Baş naziri sabah İrana səfər edəcək


Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə sabah Tehrana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid Əl-Ənsari "X" sosial şəbəkə səhifəsində yazıb.

"O onlarla gərginliyin azaldılması və dialoq üçün şəraitin yaradılması yollarını müzakirə edəcək. Bu səfər Qətərin diplomatiyanın münaqişələrin həlli, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün ən yaxşı üsul olduğuna dair qəti mövqeyini əks etdirir", - o qeyd edib.

Əl-Ənsarinin sözlərinə görə, müzakirələr zamanı Hörmüz boğazında gəmiçilik azadlığı və vəziyyətin müharibə başlamazdan əvvəlki halına qaytarılmasının zəruriliyi məsələlərinə də toxunulacaq.

"Al Taninin Tehrana səfəri ikitərəfli əlaqələrin genişləndirilməsi, həmçinin regionda sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə İranla davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq", - "Tasnim"də yayılan məlumata görə, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai deyib.

Bəqai Amerika və İsrailin İrana qarşı hərbi təcavüzündən sonra regionda gərginliyin kəskinləşməsinin qarşısını almağa kömək etmək üçün Qətərin son aylardakı xoşməramlı səylərini müsbət qiymətləndirib:

"Qətərin vasitəçilik səyləri və təşəbbüslərinin davamı, eləcə də regiondakı digər proseslər barədə müzakirə və fikir mübadiləsi aparılacaq".

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər