Moskvada I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Moskva şəhərində I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu öz işinə başlayıb.
"Far.Az" xəbər verir ki, Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində – Fundamental Kitabxanada təşkil edilən forumda Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycanın elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar İttifaqının prezidenti, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniç iştirak edirlər.
Foruma iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri qatılıblar. Forumda müvafiq dövlət qurumlarının, Rusiya ilə Azərbaycanın elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.
Daha sonra forum çərçivəsində sessiyalar və ekspert görüşləri keçirilib, Azərbaycan və Rusiyanın ali təhsil və elmi müəssisələri arasında birbaşa əlaqələrin inkişafı, elm sahəsində əməkdaşlığın əsas istiqamətləri, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə edilib.
Forum çərçivəsində həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının iclası keçirilib.
Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, maarif nazirinin müavini Andrey Korneyev ilə görüşüb. Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib













