Naxçıvanda 27 sentyabr - Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda 27 sentyabr - Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib


Naxçıvanda 27 sentyabr - Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Vətən müharibəsinin dördüncü ildönümü ərəfəsində şəhidlərə ehtiram əlaməti olaraq, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

İcra Hakmiyyətinin və tabeli qurumların 200 nəfər əməkdaşının iştirakı ilə Uzunoba gölünün ətrafında keçirilən aksiyada əvvəlcə şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Sonra ərazidə Naxçıvanın iqliminə uyğun 3000-dən çox meşə və meyvə ağacı, 450 gül kolu əkilib.

Həmçinin yeni əkilən ağaclara qulluq göstərilməsi üçün müasir suvarma sistemi quraşıdırlıb və əraziyə cavabdeh şəxslər müəyyən olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Marneulidə Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilib
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər