Biləsuvarda məcburi köçkünlərə məxsus 474  hektar sahədə yay şumu aparılıb 
Far.Az xəbər saytı

Biləsuvarda məcburi köçkünlərə məxsus 474  hektar sahədə yay şumu aparılıb 


Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərə məxsus əkin sahələrində yay şumu aparılır.

"Report"un Muğan bürosunun məlumatına görə, indiyə qədər 474 hektar sahədə yay şumu aparılıb.

Ümumilikdə isə Cəbrayıl rayonu üzrə 3 617 hektar sahədə yay şum aparılıb. Qaldırılan şumun 3 143 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Gün ərzində sahələrə 60-dan çox traktor cəlb edilir.

Qeyd edək ki, cari ilin payızında 16 300 hektar sahədə səpin aparılması proqnozlaşdırılıb. Aparılacaq səpinin 14 600 hektarının rayonun işğaldan azad edilmiş ərazilərində, 1 700 hektarının isə rayon sakinlərinin sıx məskunlaşdığı Cəbrayıl qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulub.

Şumlama işləri davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər