Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb


Azərbaycanlı ağırlıqqaldıran Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Bu barədə "Far.Az"a Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

70 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək ikinci olub.

Təkanla qaldırma növündə iso o,162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub.

Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atmış atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.

Oxşar xəbərlər

Musab Məmmədtağıyev: "Avropa birinciliyinin ən yaxşı ağırlıqqaldıranı seçiləcəyimə inanırdım"
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan ağırlıqqaldıranı İslamiadanı üç medalla başa vurub
Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər