ADY Sabunçuda 900-dən artıq zeytun ağacı tingi əkib
Far.Az xəbər saytı

ADY Sabunçuda 900-dən artıq zeytun ağacı tingi əkib


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ətraf mühitin qorunması və dayanıqlı inkişaf hədəflərinə sadiqliyini bir daha nümayiş etdirir.

“Report” quruma istinadən xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı ilə əməkdaşlıq çərçivəsində Sabunçu qəsəbəsindəki dəmir yolunun təhkim zolağında yaşıllaşdırma tədbirləri həyata keçirmiş və bu tədbirlər çərçivəsində 900-dən artıq zeytun ağacı tingi əkilib.

ADY-nin bu təşəbbüsü BMT-nin Qlobal Sazişinə üzv olmaqla öz üzərinə götürdüyü davamlılıq və sosial məsuliyyət prinsipləri çərçivəsində həyata vəsiqə qazanır. ADY öz fəaliyyətində ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə (ESG) prinsiplərini əsas götürərək ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.

Bu il dəmir yollarında aparılan yaşıllaşdırma kampaniyaları çərçivəsindən minlərlə ağacın əkilməsi, o cümlədən Abşeron Dairəvi dəmir yolu marşrutu üzrə 30-a yaxın məntəqənin məişət tullantılarından təmizlənməsi ekoloji vəziyyətin yaxşılaşdırılmasına birbaşa xidmət edir.

“ADY olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, daha yaşıl və ekoloji cəhətdən dayanıqlı gələcək üçün layihələrimizi ardıcıl şəkildə həyata keçirməkdə davam edəcəyik. Yaşıl gələcək üçün birlikdə çalışaq!”, - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər