"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
Far.Az xəbər saytı

"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb


Cari mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı məğlub edən Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Nenad Beliçaya həvalə olunub.

O, bu postda Sergey Yakiroviçi əvəzləyib. Xorvatiyalı mütəxəssislə birillik müqavilə imzalanıb.

55 yaşlı çalışdırıcı 2018-2020-ci illərdə "Dinamo"nun "sükanı arxasında" olub. O, son olaraq Almaniyanın "Union" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər