"Sumqayıt" rəsmisi: "Qərarın dəyişəcəyini gözləmədiyimiz üçün apellyasiya şikayəti verməyəcəyik"
"Sumqayıt" klubu AFFA İntizam Komitəsinin qərarının dəyişəcəyini düşünmədiyi üçün Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək.
Bunu "Report"a açıqlamasında Premyer Liqa təmsilçisinin mətbuat katibi Zaur Xudiyev deyib.
Klub rəsmisi müraciət etmək istəməmələrinin səbəbini açıqlayıb:
"Nə azarkeşlər, nə də Aleksandr Ramalinqomla bağlı qərardan apellyasiya şikayəti verməyi düşünürük. Çünki hesab edirik ki, bu, heç nəyi dəyişməyəcək. Daha əvvəl də bənzər hal yaşanmışdı. Məsələn, Saşa İliçin 4 oyunluq cəzası ilə bağlı müraciət etdik, lakin Apellyasiya Arbitraj Tribunalı qərarı qüvvədə saxladı. İndi də hansısa dəyişikliyin olacağını gözləmədiyimiz üçün hər iki qərarla razılaşırıq".
Qeyd edək ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XX turunda "Araz-Naxçıvan"la matçda "Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqomu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 3 oyunluq cəzalandırıb. Həmçinin klub 3 min manat cərimə olunub.
Bundan əlavə, "Sumqayıt" azarkeşləri rəqib komandanı və hakimləri kütləvi şəkildə təhqir etdikləri üçün 6 min manat cərimə edilib.
Oxşar xəbərlər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE













