Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5 400-dən çox şəxsə xidmət göstərilib
Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva Naftalan Reabilitasiya Mərkəzinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, postmüharibə dövründə mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Qeyd olunub ki, 25 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.
Mediatur çərçivəsində media nümayəndələri mərkəzdə yaradılan şəraitlə, burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar.
Oxşar xəbərlər
11 ayda Şəki Reabilitasiya Mərkəzində 7600-dən çox şəxsə xidmət göstərilib
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Bu il 7600 nəfər Şəkidə pulsuz reabilitasiyaya cəlb edilib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi













