2025-ci ildə MOL-un Azərbaycanda kapital xərcləri 123 milyon dolları ötüb
Macarıstanın MOL şirkətinin Azərbaycanda karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı layihələrinə kapital xərcləri 2025-ci ildə 123,3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü il göstəricisindən 0,4 % aşağıdır.
"Far.Az" şirkətin illik məlumatlarına istinadən xəbər verir ki, bu məbləğdən 109,5 milyon ABŞ dolları işlənməyə, 8,7 milyon ABŞ dolları kəşfiyyata, 5,2 milyon ABŞ dolları isə digər xərclərə sərf olunub.
Şirkətin məlumatına görə, MOL-un dünya üzrə layihələrinə (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycan və s.) kapital qoyuluşlarının ümumi həcmi 385 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü il göstəricisindən 24,8 % yüksəkdir.
O cümlədən 206 milyon ABŞ dolları işlənməyə, 46,8 milyon ABŞ dolları kəşfiyyata, 55,8 milyon ABŞ dolları isə digər xərclərə yönəldilib.
Bu dövrdə Azərbaycandakı layihələr üzrə kapital xərclərinin payına onların ümumi həcminin 32 %-i düşüb.
Xatırladaq ki, hazırda Macarıstan şirkəti Azərbaycanda "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir.
Bundan əlavə, 2025-ci il dekabrın 17-də SOCAR və "MOL Group" "Şamaxı-Qobustan" yatağının quruda yerləşən hissəsində kəşfiyyat və hasilat layihəsi üzrə hasilatın pay bölgüsü haqqında sazişi imzalayıb. Layihənin operatoru 65 % paya malik olan MOL-dur, SOCAR-ın payı isə 35 % təşkil edir.
Şirkət dünyanın 8 ölkəsində istehsal fəaliyyəti həyata keçirir və 9 ölkənin neft və qaz sənayesində fəal şəkildə iştirak edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













