SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib.
"Far.Az" SOCAR-a istinadən xəbər verir ki, "Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinin təşviqi" Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində performansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini təşviq etmək, mövcud çağırışların sistemli şəkildə müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.
Tədbir çərçivəsində "SOCAR Qrup"a daxil müəssisələrin rəhbərləri və insan resursları sahəsi üzrə məsul şəxslər üçün "Nəticəni idarə edən liderlik: strategiya, mədəniyyət və davranış", "İnsan kapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindən strateji dəyər yaratmaq" mövzularında panel sessiyaları təşkil olunub. Sessiyalarda strateji hədəflərin təşkilatın bütün səviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərin davamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyi və performans qiymətləndirilməsində obyektivlik prinsipinin qorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu qeyd edilib. Həmçinin sessiyalarda əməkdaşların fəaliyyətinin obyektiv və şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə, hesabatlılığa müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasının gücləndirilməsi və resursların daha səmərəli bölgüsünün təmin olunması kimi məsələlər müzakirə edilib.
Forumda yüksək performans mədəniyyətinin təşviqinə töhfə verən performans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlara təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, SOCAR-da 2024-cü ildən etibarən sistemli şəkildə tətbiq olunan Performans idarəetmə (xidməti fəaliyyətin idarə edilməsi) sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə 42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texniki heyət performansı fərdi hədəf kartları əsasında idarə edilir. Performans idarəetmə sistemi fəaliyyətin strateji hədəflərə uyğun planlaşdırılması, hədəflərin təyin edilməsi, il ərzində davamlı monitorinq və əks-rəy mexanizmlərinin tətbiqi, ilin sonunda fəaliyyətin qiymətləndirilməsi və nəticəyə əsaslanan maddi mükafatlandırma proseslərini əhatə edir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













