"Milan"ın futbolçusu çənəsi sındığı üçün 2 ay yaşıl meydanlardan kənarda qalacaq
Far.Az xəbər saytı

"Milan"ın futbolçusu çənəsi sındığı üçün 2 ay yaşıl meydanlardan kənarda qalacaq


İtaliya təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik çənəsindəki sınıq səbəbindən təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Far.Az" xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu çənəsindən əməliyyat olunub. O, A Seriyasının XXVI turunda "Parma"ya uduzduqları ev oyununda zədələnib.

Loftus-Çik qarşılaşma zamanı rəqib komandanın qapıçısı Edoardo Corvi ilə toqquşub. Bundan sonra futbolçu xərəkdə meydandan çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Klubun açıqlamasında bildirilir ki, futbolçunun vəziyyəti hazırda yaxşıdır və o, artıq xəstəxanadan buraxılıb. Yarımmüdafiəçinin bərpa müddətinin təxminən səkkiz həftə çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Loftus-Çik 2025/2026 mövsümündə 27 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər