Mehdiabadda günlərdir içməli su kanalizasiyaya axır, məsul qurum isə tapılmır
Far.Az xəbər saytı

Mehdiabadda günlərdir içməli su kanalizasiyaya axır, məsul qurum isə tapılmır


Abşeron rayonunun Mehdiabad qəsəbəsində zədələnən su xəttinin günlərlə təmir olunmaması sakinlərin narazılığına səbəb olub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Gənclər Şəhərciyi, bina 11-in qarşısında su xətti zədələnib və nəticədə içməli su günlərdir israf olunur.

Sakinlər qeyd ediblər ki, problem artıq bir neçə gündür davam edir: "Günlərdir bu mənzərənin şahidiyik, amma gəlib tədbir görən yoxdur".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən xətt qurumun xidmət dairəsinə aid deyil.

Eyni zamanda, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı da açıqlamasında qeyd edib ki, qəza baş verən xətt onların balansında deyil:

"Əraziyə baxış keçirilib. Qəza baş verən xətt bizim quruma aid deyil".

Qeyd edək ki, hazırda ərazidə təmir işlərinin aparılması ilə bağlı Oxu.Az-a videogörüntü daxil olub. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, sözügedən su xəttinin hansı quruma aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb və problem aradan qaldırılmayıb.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakının bu ərazilərində içməli su və kanalizasiya xətləri yenilənir
İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR
Göyçayın İkinci Ərəbcəbirli kəndi içməli su ilə təmin edilib
Azərbaycanlı müğənnilər bu xarici ulduzlarla duet oxuyublar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər