Azərbaycanlı rejissor Türkiyədə beynəlxalq mükafata layiq görülüb
Far.Az xəbər saytı

Azərbaycanlı rejissor Türkiyədə beynəlxalq mükafata layiq görülüb


Azərbaycanlı rejissor Səidə Haqverdiyeva Türkiyədə keçirilən "Gümüş karyera" beynəlxalq mükafatına layiq görülüb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Ankarada keçirilən mükafatlandırma mərasimində Türkiyənin dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, sənət adamları və diplomatik korpus üzvləri iştirak ediblər.

Bildirilib ki, artıq dördüncü dəfədir baş tutan tədbirdə Azərbaycanı teatr və kino rejissoru Səidə Haqverdiyeva təmsil edib. O, kino və teatr sahəsində milli-mənəvi dəyərlərin sənət vasitəsilə təbliği, həmçinin Qarabağ müharibəsinin ağrılarını və insan talelərini əks etdirən "Köhnə çamadanlar" filminin beynəlxalq təqdimatına görə "Gümüş karyera" mükafatına layiq görülüb.

Səidə Haqverdiyeva çıxışında mükafatı yalnız şəxsi yaradıcılığının deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin və qadın sənətkarlarının uğuru kimi qiymətləndirib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər