Laçında növbəti əmək yarmarkası keçirilib
Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.
Bu barədə "Far.Az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Qeyd olunub ki, tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə də xüsusi önəm verildiyi, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə işəgötürənlərlə sıx əməkdaşlıqda 36 əmək yarmarkasının təşkil edildiyi qeyd olunub.
Vurğulanıb ki, əmək yarmarkasında 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə ümumilikdə 90-dək vakansiya təqdim olunub.
Tədbirdə iştirak edən işsiz və işaxtaran şəxslərə vakansiyalar barədə ətraflı məlumat verilib, onların uyğun işlərə yönləndirilməsi həyata keçirilib. Bununla yanaşı, vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələri barədə də məlumatlar verilib.
Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslər Mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və müraciət qaydaları barədə məlumatlandırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək













