FA "Çelsi" və "Vest Hem"in futbolçularının aqressiv davranışına görə cərimə tətbiq edib
İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın XXIV turunda keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı qərarını açıqlayıb.
"Far.Az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Çelsi" və "Vest Hem" klubları oyunçuların nalayiq davranışı və matçın sonunda yaranmış kütləvi qarşıdurmaya görə cərimələniblər.
FA-nın qərarına əsasən, "Çelsi" 325 min, "Vest Hem" isə 300 min funt sterlinq məbləğində maliyyə sanksiyasına məruz qalıb. Bildirilib ki, hər iki klub futbolçularının uyğunsuz, təxribatçı və aqressiv davranışlarının qarşısını almaq üçün yetərli tədbirlər görməyib.
Qeyd edək ki, yanvarın 31-də keçirilən görüşdə "Çelsi" öz meydanında "Vest Hem"i 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın əlavə olunmuş vaxtının 7-ci dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Adama Traore top uğrunda mübarizə zamanı meydan sahiblərinin müdafiəçisi Mark Kukurelyanı itələyib. Bu epizoddan sonra futbolçular arasında gərginlik artıb və meydanda kütləvi dava baş verib.
Hadisə zamanı "Vest Hem"in müdafiəçisi Jan-Kler Todibo "Çelsi"nin hücumçusu Joao Pedronun boğazından tutduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
FA qarşılaşma ilə bağlı əlavə intizam tədbirlərinin mümkünlüyünü də istisna etməyib.
Oxşar xəbərlər
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













