SOCAR "Özbəkneftqaz" ilə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Buxara Neft Emalı Zavodunun (NEZ) səmərəliliyinin artırılması üçün "Özbəkneftqaz" ilə birgə işləməkdə maraqlı olduğunu bildirib.
"Report" "Özbəkneftqaz"a istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Abduqani Sanginov və SOCAR-ın törəmə müəssisələri olan "SOCAR Trading" ilə "SOCAR Downstream Management"in rəhbərliyi arasında keçirilən görüşdə bildirilib.
Tərəflər vurğulayıblar ki, Özbəkistanla Azərbaycan arasında iki ölkənin liderləri tərəfindən dəstəklənən strateji tərəfdaşlıq inkişaf etməkdədir və bu, neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin yaradır.
"SOCAR nümayəndələri Buxara NEZ-nin işinin səmərəliliyinin artırılması istiqamətində "Özbəkneftqaz" ilə birgə işin inkişafına maraq ifadə ediblər. Görüş zamanı müasir əməliyyat texnologiyalarının tətbiqi, istehsalat proseslərinin rəqəmsallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə təkliflər təqdim olunub", - məlumatda bildirilib.
Danışıqların yekunlarına əsasən, tərəflər əməli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Həmçinin texniki auditin aparılması və növbəti addımlar üzrə konkret təkliflərin işlənib hazırlanması məqsədilə SOCAR-ın işçi qrupunun müəssisəyə səfərinin təşkil edilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb













