Bakı aeroportunun baqaj bölməsində taksi üçün ödəmə köşkləri quraşdırılıb
Far.Az xəbər saytı

Bakı aeroportunun baqaj bölməsində taksi üçün ödəmə köşkləri quraşdırılıb


Heydər Əliyev Beynəlxalq Aeroportunun baqaj bölməsində "Bakı Taksi Xidməti" MMC-nin ödəmə köşkləri quraşdırılıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu köşklər vasitəsilə sərnişinlər baqaj gözlədikləri vaxt "Bakı Taksi Xidməti"ndən maşın sifariş edə bilərlər. Sifariş zamanı həm nağd, həm də bank kartları ilə ödəniş imkanı mövcuddur. Sərnişinlər ödəmə köşkündə əvvəlcədən ünvan seçib sifariş etdikləri taksi ilə qəbz vasitəsilə rahat şəkildə səfərlərini həyata keçirə bilərlər.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər