"Dövlət İnformasiya Sistemlərinin Diaqnostika Sənədi" razılaşdırma mərhələsindədir
Far.Az xəbər saytı

"Dövlət İnformasiya Sistemlərinin Diaqnostika Sənədi" razılaşdırma mərhələsindədir


Azərbaycanda "Dövlət İnformasiya Sistemlərinin Diaqnostika Sənədi" aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

"Far.Az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu sənəd dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin diaqnostikası və vahid yanaşmanın tətbiqi üçün unikal mexanizmi özündə ehtiva edir: "Düşünürəm ki, yaxın zamanda xidmətin ərsəyə gətirilən bu sənədin təsdiq edilməsi bu sahədə ayrıca diaqnostikanın aparılması prosesinin sürətlənməsi ilə yanaşı, ümumi informasiya təhlükəsizliyinin qiymətləndirilməsinə öz töhfəsini verəcək".

Baş idarə rəisi əlavə edib ki, bu gün tətbiq edilən mexanizmlər yalnız risklərin qeydiyyatı ilə məhdudlaşmır: "Onlar ölkə səviyyəsində diaqnostikanın aparılmasına, fövqəladə və böhran vəziyyətlərində vahid qərar qəbul etmə proseslərinin formalaşmasına, eləcə də dövlət informasiya sistemlərinin rəqəmsal dayanıqlığının gücləndirilməsinə xidmət edir. Bu qısa müddətdə yanaşmanın ilkin müsbət nəticələri müşahidə olunmaqdadır ki, bu da seçilmiş modelin düzgünlüyünü təsdiq edir".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər