"Anglo Asian Mining" bu il üçün qiymətli metalların istehsal proqnozlarını sabit saxlayıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu il üçün qızıl istehsalı proqnozu 28-33 min unsiya qızıldan 26-30 min unsiya qızıla endirib.
"Far.Az" şirkətin məlumatına istinadən xəbər verir ki, şirkət illik istehsal proqnozunu 20-25 min ton mis və 170-210 min unsiya gümüş səviyyəsində saxlayır.
Bildirilib ki, "Gilar" yatağındakı qızıl daşıyan mineralların dəyişkənliyi səbəbindən, bu da ilin birinci yarısında qızılın gözləniləndən aşağı səviyyədə əldə edilməsinə gətirib çıxarıb. Mis istehsalı üzrə illik Tam Davamlı Xərclər (AISC) proqnozu da istehsal olunan hər ton mis üçün 6-7 min ABŞ dollarına endirilib.
Məlumatda deyilir ki, "Anglo Asian" çoxaktivli, misə yönəlmiş, orta səviyyəli istehsalçıya çevrilmək üzrə orta müddətli inkişaf strategiyasını həyata keçirəcəyinə əminliyini qoruyur. 2025-ci il ərzində iki yeni mədənin istehsala başlaması ilə şirkət 2026-cı ildə əsas məhsul kimi misə keçid edib. "Xarxar" və "Qaradağ" yataqlarının inkişafı rəhbərliyin gözləntilərinə uyğun davam edir. Hər ikisi şirkətin 2030-cu ilə qədər orta səviyyəli statusa keçidini tamamlamasına imkan verəcək əhəmiyyətli mis aktivləridir.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.
Hazırda Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olan AAM hələlik iki müqavilə sahəsində - "Gədəbəy" və "Qoşa" yataqlarında qiymətli metal hasilatı ilə məşğul olur.
Oxşar xəbərlər
"Anglo Asian Mining" I rübdə Azərbaycanda mis hasilatını təxminən 7 dəfə artırıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Anglo Asian Mining" Azərbaycanda iki yeni qızıl yatağının işlənməsi üçün məsləhətçi cəlb edir
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatının artımını proqnozlaşdırır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













